Xəbər Lenti
Prezident sərəncam imzaladı
29-07-2021, 15:29

Prezident sərəncam imzaladı

Yoluxanların sayı artdı
27-07-2021, 15:33

Yoluxanların sayı artdı

17 iyl 10:58Gündəm / Sosial

Alimpaşa Məmmədov həbsdə şeir yazır

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Alimpaşa Məmmədov şeir yazır və idmanla məşğuldur.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə açıqlamasında bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin Saxlanma Yeri və İstintaq Təcridxanasında A.Məmmədovla görüşən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov deyib.
O bildirib ki, sabiq icra başçısı hər gün idmanla məşğul olur:
“Sabiq icra başçısı ilə təcridxanada təkbətək görüşdüm və vəziyyəti ilə maraqlandım. Alimpaşa Məmmədov bildirdi ki, hazırda özünü gümrah hiss edir, heç bir problemi yoxdur, asudə vaxtlarından faydalı istifadə edir.
Dedi ki, saxlandığı müddətdə, həmçinin, şeir də yazır, faydalı işlə məşğuldur. İstintaqın gedişindən də razıdır, istintaq tam obyektiv aparılır”.