Menu
Xəbər Lenti
Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 12:22

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 12:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 15:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 14:54

Bakıda güclü külək əsir

“Azeri Light” bahalaşdı
28-08-2026, 09:24

“Azeri Light” bahalaşdı

23 Haz 11:00Manşet / Gündəm

Sabah intensiv yağış yağacaq

 

İyunun 24-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacaq.