Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
03 Ara 02:55Mədəniyyət
Elçin Əfəndiyev: Nəcib Fazil mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir
Nəcib Fazil mükafatına layiq görülmək mənim üçün böyük şərəfdir. Onun yaradıcılığının, şəxsiyyətinin miqyası o qədər genişdir ki, bu məndə mükafatın ümumən Türkiyə tərəfindən verilməsi hissini oyadır.
Bu fikri Xalq yazıçısı Elçin Əfəndiyev AZƏRTAC-a müsahibəsində bildirib.
Türkiyə ilə Azərbaycanın bir-birinə qardaş olduğunu qeyd edən yazıçı deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın bir-birinə “Əziz Qardaşım” - deyə müraciəti əslində elə ölkələrimiz arasındakı qardaşlığın, doğmalığın ifadəsidir. Yaxın keçmişə baxdığımızda, Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, şanlı Zəfərimizə gedən 44 günlük Vətən müharibəsində Türkiyə hər zaman Azərbaycan xalqının yanında oldu. Türkiyə Prezidenti hər zaman dövlətimizin başçısının, vətəndaşlarımızın yanında oldu. Bu da çox böyük yaxınlıq və doğmalıqdan xəbər verir”.
Xatırladaq ki, yazıçı Türkiyədə “Beynəlxalq mədəni-sənət” nominasiyası üzrə Nəcib Fazil mükafatına layiq görülüb. Mükafatı yazıçıya Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.