Xəbər Lenti
Bugün, 13:41
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
Bugün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bugün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Bugün, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
26 Şub 00:22Cəmiyyət
Sahibkarlıq subyektləri üçün Ağcabədidə “Təcrübə mübadiləsi” təşkil edilib
Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, layihə üzrə növbəti “Təcrübə mübadiləsi” “Süd məhsulları istehsalında müasir texnologiyanın və beynəlxalq standartların tətbiqi və nəticələri" mövzusunda aparılıb. Həmin çərçivədə sahibkarlıq subyektləri üçün Ağcabədi rayonundakı “Atena” Məhdud Məsuliyyətli Cəmiyyətinə infotur təşkil edilib.
İnfotur zamanı süd məhsullarının istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə keçirilən görüşdə süd məhsullarının istehsalının və ixracının artırılması imkanları müzakirə olunub. Eyni zamanda, bu sahədə müasir texnologiyanı və beynəlxalq standartları tətbiq edərək daha yüksək nəticələr qazanmağın mümkün olduğu vurğulanıb.
Görüşdə, həmçinin SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd edilib.
Görüşdən sonra “Atena” MMC-də heyvandarlıq kompleksi və heyvanların sağım prosesi, həmçinin zavod, texniki təhlükəsizlik sistemi və laboratoriyalarla tanışlıq olub. İştirakçılara yeni istehsal metodları və qabaqcıl təcrübələr barədə məlumat verilib. Rəqabətqabiliyyətliliyi qoruyub saxlamaq üçün modern texnologiyanın tətbiqinin əhəmiyyətli və zəruri olduğu bildirilib. Eyni zamanda, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.