Xəbər Lenti
23-06-2026, 15:44
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
23-06-2026, 10:00
Vətənpərvər iş adamı Üzeyir İsmayılov – dövlətə sədaqətin və xeyirxahlığın nümunəsi
22-06-2026, 19:29
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
14 Ağu 06:52Dünya
Sudanın cənubunda tayfalararası toqquşmalarda 50 nəfərə yaxın insan ölüb
Sudanın Cənubi Darfur ştatının paytaxtı Nyala şəhərində tayfalararası toqquşmalar zamanı 50-yə yaxın insan həlak olub.
“Report” xəbər verir ki, bu barədə bazar günü yerli KİV məlumat yayıb.
İki qəbilə arasında mal-qara oğurluğu üstündə toqquşmaların başladığı, indiyədək 47 nəfərin öldüyü bildirilir.
Məlumata görə, qarşıdurma davam edir, yerli sakinlər şəhəri tərk edir, yaralıların çoxunun vəziyyəti dərman çatışmazlığı səbəbindən ağırdır.
Bundan əlavə, bazar günü Nyala və paytaxt Xartumda Sudan ordusu və çevik reaksiya qüvvələri arasında atışma davam edib.
Aprelin ortalarında Sudanda silahlı münaqişə başlayandan bəri Darfur bölgəsi əsas müharibə teatrlarından birinə çevrilib.























































