Menu
Xəbər Lenti
“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

10 Ock 13:00Manşet / Gündəm / Siyasət

Prezident: “Xocalı soyqırımını törədən canilər ədalət qarşısında cavab verəcəklər”

 

“Bizə qarşı qanlı müharibə aparan, vandallıq törədən, Xocalı soyqırımını törədən, torpaqlarımızı, şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edən canilər bu gün həbs olunub, saxlanılıb və ədalət qarşısında cavab verəcəklər”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib.

Onların arasında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlər, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazir və digərlərinin yer aldığını bildirən dövlətimizin başçısı vurğulayıb.

“O qruplaşmada təkcə iki nəfər çatışmır, onlar da İrəvandadırlar, onlar da olsa, onda tam heyət formalaşır. Bu, doğrudan da ədalətin Zəfəridir və mən deyəndə ki, ədalətə inanmaq lazımdır və ədaləti təmin etmək üçün mübarizə aparmaq lazımdır, məhz bunu nəzərdə tuturdum”.

Bizimlə əlaqə saxlayın