Xəbər Lenti
İstedad sərhədsizdir
5-12-2022, 18:45

İstedad sərhədsizdir

27 okt 08:11Gündəm / Dünya

BMT ekspertləri İranda baş verən hadisələrlə bağlı beynəlxalq araşdırma aparılmasını tələb ediblər

İranda düzgün hicab geyinmədiyinə görə həbs edilən qadının ölümündən sonra dinc nümayişçilərə qarşı divan tutulması müstəqil beynəlxalq araşdırma tələb edir.
Bu bəyanatla çərşənbə günü BMT-nin müstəqil ekspertlər qrupu çıxış edib.
“Biz İran təhlükəsizlik qüvvələrinin dinc silahsız etirazçılara qarşı həqiqi güllələrin qəsdən və qeyri-qanuni istifadəsi ilə bağlı davamlı xəbərlərdən son dərəcə narahatıq. Bu cür hərəkətlər güc tətbiqi zamanı nəzərə alınmalı olan qanunilik, zərurilik, mütənasiblik və ayrı-seçkiliyə yol verməmək prinsiplərini pozur”, - deyə bəyanatda bildirilir.
Ekspertlər qadın, uşaq və qocalar da daxil olmaqla, saxlanılan və öldürülən etirazçıların sayının çox olmasından narahat olduqlarını qeyd ediblər.
“Hökumət polisə həddindən artıq gücdən və öldürücü silahlardan istifadəni dərhal dayandırmağı və təmkinli olmağı əmr etməlidir”, - BMT ekspertləri vurğulayıblar.
Sənəddə etiraz aksiyaları zamanı ictimai yerlərdə qadınlara və qızlara qarşı fiziki və cinsi zorakılıq kimi hərəkətlər qanunvericilikdə təsbit edilmiş, hakimiyyətin siyasətində, ictimai həyatda özünü büruzə verən ayrı-seçkiliyin davamı hesab olunub.
Ölkədəki acınacaqlı vəziyyəti nəzərə alaraq BMT ekspertləri təşkilatın İnsan Hüquqları Şurasını təcili tədbirlər görməyə, o cümlədən xüsusi sessiya keçirməyə çağırıblar. Onlar həmçinin İranı məsuliyyətə cəlb etmək və insan haqlarının kobud şəkildə pozulmasına görə cəzasızlığa son qoymaq üçün beynəlxalq istintaq mexanizminin yaradılmasını tələb ediblər.
Bəyanatı bir neçə xüsusi məruzəçi və işçi qrupların üzvləri imzalayıb.
Xatırladaq ki, BMT-nin müstəqil ekspertlərini İnsan Hüquqları Şurası təyin edir. Onlar BMT-nin işçisi sayılmır və işlərinə görə təşkilatdan məvacib almırlar.
Mənbə: Oxu.Az