Xəbər Lenti
Dün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
06 Şub 16:49Mədəniyyət
“Əsli və Kərəm” operası yenidən səhnədə
Fevralın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Əsli və Kərəm” operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, fədakar məhəbbətin gücünü və insanın mənəvi gözəlliyini tərənnüm edən operada əsas rolları Əməkdar artist Elnur Zeynalov, aparıcı solistlər Rəvanə Əmiraslanlı və Taleh Yahyayev ifa edəcəklər.
Tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rejissoru Əməkdar incəsənət xadimi Hafiz Hacıyevdir.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək olar.
Qeyd edək ki, opera ilk tamaşasından böyük müvəffəqiyyət qazanaraq uzun və maraqlı səhnə ömrü olan əsərlər sırasına daxil edilib. “Əsli və Kərəm”in ilk tamaşası 1912-ci il mayın 18-də indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasında olub. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir Hacıbəyli idi.