Xəbər Lenti
Bugün, 10:00
Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Dün, 11:40
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
31-12-2025, 11:35
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31-12-2025, 10:42
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31-12-2025, 08:11
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
23 Ara 13:02Mədəniyyət
Kazan şəhərində Həmrəylik Günü bayram konserti ilə qeyd olunub
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazanda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş bayram konserti keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Çulpan” Mədəniyyət Mərkəzində baş tutan tədbir “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Tədbirin təşkilində Azərbaycan gənclərinin 50-dən çox nümayəndəsi iştirak edib. Konsertin fəxri qonaqları arasında Türkiyənin Kazandakı Baş konsulluğunun vitse-konsulu Murat Taşdemir və Tatarıstan Respublikası Prezidentinin daxili siyasət məsələləri üzrə departamentinin milli siyasətin həyata keçirilməsi şöbəsinin baş məsləhətçisi Marina İvanova olub.
Qonaqları salamlayan “Tatarıstan Respublikasının Azərbaycan Milli-Mədəniyyəti Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəhram Mustafayev xalqımızı və soydaşlarımızı bayram münasibətilə təbrik edib. Bildirib ki, bayramın əsas ideyası dünya azərbaycanlılarının birliyi və həmrəyliyi, milli-mənəvi dəyərlərə hörmətdir. “Belə tədbirlər soydaşlarımızın öz mədəniyyətini, adət-ənənələrini, tarixini unutmamasına, onlara daha da yaxınlaşmasına kömək edir. Həmrəylik Günü tarixi Vətənimizdən uzaqda olmağımıza baxmayaraq, adət-ənənələrimizi unutmadığımızı, bir yerdə olduğumuzu xatırladan gözəl bayramdır. Bizi bir araya gətirən Tatarıstan Xalqlarının Dostluq Evinə təşəkkür edirik”, - deyə sədr söyləyib.
Tədbirdə çıxış edən Tatarıstan Xalqları Assambleyası direktorunun müavini, Tatarıstan Xalqları Dostluq Evinin direktoru İrek İldusoviç Şaripov azərbaycanlı dostların bayram sevincini birlikdə bölüşməkdən məmnunluğunu bildirib.
Tədbir Azərbaycan mahnılarından, rəqslərindən, şeirlərindən və teatrlaşdırılmış səhnələrdən ibarət böyük konsert proqramının təqdim olunması ilə davam edib.
Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini əks etdirən sərgi nümayiş etdirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır