Xəbər Lenti
Bugün, 12:48
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
10-06-2026, 19:13
"TURAN" Türk Dövlətləri Müharibə Veteranları Birliyinin növbəti işgüzar görüşü Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirildi.
“Almaniyaya uduzmaq qəbahət deyil”

“Bizim oyun şanslarımız olsa da, onların dünyasəviyyəli futbolçuları var”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi Almaniya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra deyib.
59 yaşlı mütəxəssis oyun ərzində bir çox səhvlərə yol verdiklərini bildirib: “Futbol səhvsiz olmur, biz də Almaniya ilə matçda bunu etdik. Almaniya kimi yığma komandalar çox güclü oyun sərgiləyirlər. Belə yığmalara uduzmaq qəbahət sayılmamalıdır. Onların güclü və səviyyəli futbolçuları var. Bizim də şanslarımız oldu, lakin yararlana bilmədik. Almaniya bu turnirin ən böyük favoritidir”.
Qeyd edək ki, A qrupunun matçında Macarıstan Almaniya yığmasına 0:2 hesabı ilə məğlub olub.






















































