Xəbər Lenti
Bugün, 13:41
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
Bugün, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bugün, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Bugün, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
24-04-2024, 06:05
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
15 Ara 07:25Dünya
Türkiyə Prezidenti: Yeni qaz kəmərinə ehtiyac məsələsi araşdırılacaq
Trans-Anadolu qaz kəmərinin (TANAP) tutumu 32 milyard kubmetrdir. Trans-Adriatik (TAP) boru kəmərinin nəqletmə gücü isə 6 milyard kubmetrdir. İndi yeni bir xəttə ehtiyac məsələsi üzərində işlər aparılacaq və onun nəticəsinə uyğun addımlar atacağıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistandan geri dönərkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə edib.
Prezidentlər İlham Əliyevin, Rəcəb Tayyib Ərdoğanın və Sərdar Berdiməhəmmədovun görüşləri, müzakirə və qərarları əsasında Azərbaycan-Türkiyə-Türkmənistan arasında yaranan yeni əməkdaşlıq imkanlarını yüksək dəyərləndirən Türkiyə dövlətinin başçısı deyib: “Biz əsasən dəhlizin (Orta Dəhliz-Transxəzər beynəlxalq nəqliyyat marşrutunun) əhəmiyyətini illərdən bəri dərk edərək bu istiqamətdə infrastruktur işlərini həyata keçirmişik. Liderlər olaraq Zirvə Görüşündə Orta Dəhlizin inkişafı üçün ortaq iradəmizi bir daha ortaya qoyduq”.
Liderlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrini daha da inkişaf etdirmək üçün qərarlı olduqlarını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ilin əvvəllərində Türkiyəyə səfər edəcək.
Sabir Şahtaxtı