Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
İran xarici işlər naziri münasibətləri normallaşdırmaq üçün Pakistana səfər edib
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Pakistana səfər edib.
Səfər İran Silahlı Qüvvələrinin “Ceyş əz-Zolm” terror qruplaşmasının Pakistan ərazisində yerləşən iki qərargahına zərbə endirməsindən sonra yaranan gərginliyin yoluna qoyulması məqsədi daşıyıb.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
“İran xarici işlər naziri İslamabada Pakistanın xarici işlər naziri səlahiyyətlərini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə gəlib”, - deyə xəbərdə bildirilib.
“Nur Xan hava limanında onu Pakistanın xarici işlər nazirinin Əfqanıstan və Qərbi Asiya məsələləri üzrə müavini Rəhim Həyat Qureşi qarşılayıb”, - deyə məlumatda əlavə edilib.
Səfər çərçivəsində Abdullahianın, həmçinin, İslam Respublikasının baş naziri səlahiyyətlərinin icraçısı Ənvar ül-Haq Kakar ilə görüşlər nəzərdə tutulub.
Qarşıdakı danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş əz-Zolm” terror qruplaşmasının iki qərargahına hücumu nəticəsində iki ölkə arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır. İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olub.
Mənbə: Oxu.az