Menu
Xəbər Lenti
Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

10 Nis 18:25Manşet / Gündəm / Sosial

Bibiheybət məscid-ziyarətgah Kopleksində Ramazan tədbiri

 

“AtaTV.az” xəbər verir ki, Müqəddəs Ramazan Bayramı ilə əlaqədar Bibiheybət məscid-ziyarətgah Kopleksində şəhid ailələrinin üzvləri və qazilərin iştirakı ilə bayram tədbiri keçirilib.


          Ramazan Bayramı günü keçirilən tədbiri açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksi dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını Müqəddəs Ramazan Bayramı münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu gün bayram xüsusi sevinc və təntənə ilə qeyd edilir. Nəhayət ki, uzun illər etdiyimiz dualar və arzularımız çin oldu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və daha sonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görə də biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizə minnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik.


Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür. Çünki bu Şanlı Qələbəmizə görə biz ollara borcluyuq.


Tədbirdə çıxış edən rəsmilər, şəhid ailələri üzvləri, müharibə vereranları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci  Vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər, Müqəddəs Bayram münasibəti ilə hamını təbrk etdilər.