Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
10-06-2026, 08:14

Xəzərdə zəlzələ oldu

Turanın meyiti tapıldı
10-06-2026, 07:43

Turanın meyiti tapıldı

09 May 09:00Manşet / İdman

İlk dəfə avrokubokların finalına yüksəldilər

ilk-defe-avrokuboklarin-finalina-yukseldiler

İspaniyanın “Betis” klubu tarixində ilk dəfə avrokubokların finalına yüksəlib. 

“Qafqazinfo”nun məlumatına görə, klub buna UEFA Konfrans Liqasında yarımfinal mərhələsində İtaliya “Fiorentina”sını məğlub edərək nail olub.

Belə ki, ilk qarşılaşmada rəqibini 2:1 üstələyən “Betis”, cavab qarşılaşmasının 2:2 (ümumi hesab 3:4) bitməsi ilə adını final yazdırıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasının final matçı mayın 28-də Polşanın Vrotslav şəhərində “Çelsi” və “Betis” arasında keçiriləcək. 

Onu da əlavə edək ki, turnirin son qalibi Yunanıstanın “Olimpiakos” klubu olub.