Xəbər Lenti
Bugün, 11:40
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Dün, 10:42
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Dün, 08:11
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
30-12-2025, 09:27
Əli Cəfərov: “Məqsədimiz Qarabağ döyüşlərinin yaddaşlarda dərin iz buraxmasına nail olmaqdır”
29-12-2025, 08:59
bp Əşrəfi-Dan ulduzu-Aypara layihəsi üçün seysmik tədqiqat proqramına dair məlumat yaydı
28-12-2025, 08:52
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
07 Ara 14:10İqtisadiyyat
Sənaye Korporasiyası Dubayda Beynəlxalq Geyim və Tekstil sərgisində təmsil olunub
“Azərbaycan Sənaye Korporasiyası” ASC Dubayda Beynəlxalq Geyim və Tekstil sərgisində təmsil olunub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, geyim və tekstil sahəsində dünyanın müxtəlif ölkələrindən tanınmış şirkətlərin iştirak etdiyi sərgidə “Azəripək” MMC-nin məhsullarından ibarət stend tədbir iştirakçılarının böyük marağına səbəb olub. Stenddə milli ruhda işlənmiş xalça, kəlağayı, şərf və nümunə parçalar nümayiş etdirilib. Azərbaycan nümayəndə heyəti beynəlxalq şirkətlərlə biznes görüşlər keçirib, əməkdaşlıq perspektivləri, investisiyaların cəlb olunması istiqamətində müzakirələr aparıblar. Müzakirələr çərçivəsində müəssisə tərəfindən istehsal edilən ipək və pambıq parçaların tekstil şirkətlərinə ixrac edilməsi ilə bağlı danışıqlar müzakirə mövzusu olub.
Qeyd edilib ki, sərgilər müəssisənin marketinq strategiyasında xüsusi yer tutur, alıcıya daha yaxın olmaq - müvəffəqiyyətin strateji amillərindən biri sayılır və bu, beynəlxalq və daxili bazarda ən əsas mövqeyə çevrilir. Dövlətimizin başçısının yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan 2016-cı il 5 oktyabr tarixli Fərmanına əsasən, “Made in Azerbaijan” brendi ilə dünyanın müxtəlif ölkələrində təqdimatların keçirilməsi Azərbaycan məhsullarının tanıdılması baxımından əhəmiyyət daşıyır. “Azəripək” MMC-nin istehsal etdiyi ipək məhsulların “Made in Azerbaijan” brendi ilə dünyaya tanıdılması Azərbaycan məhsullarının fərqliliyini, keyfiyyətini nümayiş etməklə yanaşı, yeni bazarlarda tanıdılmasına nail olmaq imkanı da yaradacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin