Xəbər Lenti
07 okt 08:51Gündəm / Sosial

Bakıda avtomobil yolu keçən qadını vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Merhemet.Tv “Report”-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Müşfiqabad qəsəbəsində 1985-ci il təvəllüdlü Fatma Hacıyeva yolu keçərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.