Xəbər Lenti
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
22-05-2026, 13:42
İsmayıl Zalovun European Parliamentdə çıxışı iştirakçılar tərəfindən böyük maraq və yüksək qiymətləndirmə ilə qarşılanmışdır.
22-05-2026, 13:22
Rafael Hacıbəyli: Azad edilmiş ərazilərdə icmalar üçün ağıllı və dayanıqlı şəhərlər qurulur
20-05-2026, 16:01
"Həkim kimi danışır, amma deyil" - Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - VİDEO
20-05-2026, 15:19
Televiziyanın sonunu gətirən yeni rəqib. Dəyişiklik olmasa… – YYSİB sədri, ictimai və mədəniyyət xadimi Aydın Xan Əbilov yeni media haqqında
20-05-2026, 15:14
Bu gün narkomaniya ilə mübarizdə vətəndaşlar fəallıq göstərməlidir – QHT sədri Müğam Əliyev
18 Ara 04:47Siyasət
İtaliya saytları Buxarest Sazişinin əhəmiyyətindən yazıb
İtaliyanın aparıcı KİV-ləri dekabrın 17-də Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə dair məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, “Agenzia Nova” informasiya agentliyində və “Kmetro0” portalında dərc olunmuş yazılarda Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban tərəfindən imzalanan sazişdə bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin Azərbaycandan Gürcüstan və Qara dənizdən çəkiləcək elektrik xətti ilə Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına nəqlinin nəzərdə tutulduğu bildirilir. Qeyd olunur ki, layihə Avropa İttifaqında təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.
Prezident İlham Əliyevin imzalanma mərasimində Azərbaycanın Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırdığını bildirdiyi vurğulanır.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və Rumıniya Prezidenti Klaus Yohannisin iştirakı ilə imzalanan sazişin Aİ ilə Azərbaycan arasında bağlanmış enerji sazişlərinin bir hissəsi olduğu bildirilib.
Yazılarda, həmçinin ötən günlərdə SOCAR ilə Romqaz şirkətlərinin gələn il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya təbii qazın təchizatı barədə müqavilə imzaladığı da qeyd olunub.