Xəbər Lenti
5-05-2024, 11:52
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
4-05-2024, 18:17
Elmar Hüseynov: “Hələ də müharibə veteranı statusunu ala bilməyən döyüşçülərimiz var
4-05-2024, 10:48
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI
18 Eyl 07:42Manşet / Mədəniyyət
Bu gün Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ildönümü tamam olur
Bu gün Azərbaycan musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 137-ci ildönümü tamam olur.
Dahi bəstəkarın ad günü həm də ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.
Üzeyir Hacıbəyli ictimai və siyasi xadim, bəstəkar, alim, yazıçı, publisist kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır.
Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” və “Arşın mal alan” kimi məşhur musiqili komediyalar yazıb.
Məhz onun əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 114 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır.