Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

08 Ağu 15:14Hadisə

Xəstəyə əzab verən reabilitasiya mərkəzini işçilərinə HÖKM OXUNDU


Xəstəyə əzab verən reabilitasiya mərkəzini işçilərinə HÖKM OXUNDU




Bakı Ağır Cinayətlər Məhkəməsində  "Nyu Layf” Reabilitasiya Mərkəzində narkomaniyadan əziyyət çəkən şəxslərə işgəncə verməkdə, onlardan biri olan Hüseyn Məmmədovun ölümündə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Rasim Sadixovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Famil Rzayev 8 il, Orucəli Heydərov avtomobili müsadirə edilməklə 7 il, Elvüsal Hüseynov mənzili müsadirə edilməklə 7 il, Qənbər Həsənov isə 6 il 6 ay, Sərxan Əliyev 6 il müddətinə azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ötən prosesdə prokuror Orucəli Heydərov və Elvüsal Hüseynovun 11 il, Sərxan Əliyevin 10 il 6 ay, Famil Rzayev və Qənbər Həsənovun isə 10 il müddətinə azadlıqdan məhrum olunmasını tələb edib.
Qeyd edək ki, "Nyu Layf” Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub.
Mərkəzin rəhbəri Orucəli Heydərov, digər əməkdaşları - Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İddia olunur ki, işgəncə nəticəsində pasiyentlərdən biri olan Hüseyn Məmmədov ölüb.
Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib.
Dəstə üzvləri qarşı Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər. Elvüsal Hüseynov, Orucəli Heydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.