Menu
Xəbər Lenti
Zelenski Türkiyədədir
19-11-2025, 08:59

Zelenski Türkiyədədir

Regionda yaranan yeni reallıq
19-11-2025, 08:20

Regionda yaranan yeni reallıq

23 Kas 09:32Manşet / Gündəm / Sosial

Bu ərazilərdə suyun verilməsində fasilələr olacaq

 

Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara davamlılığının artırılması məqsədilə görüləcək işlər çərçivəsində 25-29 noyabr tarixlərində Xəzər, Yasamal, Sabunçu, Xətai, Abşeron rayonlarının, Xırdalan şəhərinin bəzi ərazilərinə suyun verilmə rejimlərində dəyişiklik ediləcək, bununla bağlı su təchizatında müvəqqəti fasilələr yaranacaq.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

Bildirilib ki, magistral su kəməri üzərində aparılacaq təmir-bərpa işləri yay aylarında yarana biləcək su çatışmazlığının qarşısının alınması istiqamətində icra olunan davamlı tədbirlərdən biridir.