Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

28 Şub 09:48Manşet / Gündəm / Hadisə

İran-İsrail münaqişəsi Bakıdan uçuşlara TƏSİR ETDİ

 

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb.

Oxu.Az xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib.

Qeyd olunub ki, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar.

Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus iki təyyarə - J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reyslərindən İran hava məkanının bağlı olması ilə əlaqədar Bakıya geri dönüb.

Oxu.Az xəbər verir ki, AZAL-dan verilən məlumata əsasən, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna saat 10:47-də müvəffəqiyyətlə eniş həyata keçirib. Bakı-Ciddə reysinin isə yaxın vaxtlarda Bakı hava limanına enişi planlaşdırılır.

AZAL Yaxın Şərq regionundakı cari vəziyyəti diqqətlə monitorinq etməyə davam edir və uçuş təhlükəsizliyinin təmin olunması məqsədilə bütün zəruri addımları atır. Sərnişinlər uçuş cədvəlində baş verən dəyişikliklər haqqında operativ qaydada xəbərdar ediləcəklər.

Ətraflı məlumat almaq üçün sərnişinlər [email protected] imeyl ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Məhərrəm Əliyev