Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

22 Tem 11:07Manşet / Mədəniyyət

Bakıda dəfn olunmaq istəsə də, İsraildə torpağa tapşırılacaq...

 

Mərhum Xalq artisti Tofiq Mirzəyev bu gün İsrailin Arad şəhərindəki qəbiristanlıqda dəfn olunacaq.

Bu barədə “Qafqazinfo”ya İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman məlumat verib.

O bildirib ki, Tofiq Mirzəyev iki ay əvvəl insult keçirib və bundan sonra tam olaraq sağala bilməyib:

“Tofiq Mirzəyev 1994-cü ildən İsrailin Arad şəhərində yaşayırdı. O, aktiv həyat tərzi keçirirdi, həyata keçirmək istədiyi yarımçıq planları var idi. Lakin tale başqa cür qərar verdi. Sağlığında dəfələrlə Bakıda dəfn olunmağı ilə bağlı arzularını dilə gətirsə də, aktyor bu gün İsrailin Arad şəhərində dəfn olunacaq. Anası, qardaşı Teymur Mirzəyev və bacısı Leyla da həmin qəbiristanlıqda dəfn olunub”. 

Qeyd edək ki, 94 yaşlı Tofiq Mirzəyev bu gecə İsraildə vəfat edib. O, 35-dən çox filmdə rol alıb. Sənətkar “Uşaqlığın son gecəsi”, “Nəsimi”, “Təhminə”, “O qızı tapın”, “İstintaq” və digər ekran əsərlərində yaddaqalan obrazlar yaradıb.

Lamiyə Məmmədova