Xəbər Lenti
28-02-2026, 10:18
Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
28-02-2026, 10:09
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
28-02-2026, 09:51
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
“9 min amerikalı bölgəni tərk edib”

“ABŞ Dövlət Departamenti son 72 saatda olduğu kimi, hazırda da Yaxın Şərqdəki amerikalıların yola düşməsinə kömək etmək planlarını fəal şəkildə həyata keçirir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio deyib. O bildirib ki, hərbi əməliyyatlar başlayandan 9 min amerikalı bölgəni tərk edə bilib.
“Çıxışla bağlı kömək istəyən təxminən 1500 amerikalı var. Çarter reysləri, hərbi təyyarə ilə daşınma variantları və genişləndirilmiş kommersiya uçuş variantlarını müəyyən etmişik.
Əmin olun, hər bir amerikalıya kömək edə biləcəyimizə əminik. Hava məkanının bağlanmasına nəzarət etmədiyimiz üçün bir az vaxt lazım olacaq”,- deyə Rubio əlavə edib.




















































