Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

15 Ağu 17:42Hadisə

Nazirlikdən tozlu hava şəraiti ilə bağlı AÇIQLAMA

Nazirlikdən tozlu hava şəraiti ilə bağlı AÇIQLAMA


Son iki gün ərzində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz müşahidə olunur. 
Atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə edilmiş məlumatların təhlilinə əsasən əgər avqust ayının 13-14-də tozun konsentrasiyası normadan 1,3-1,8 dəfə yüksək olubsa, hazırda havada tozun miqdarı normadan 2.5 dəfə artıqdır. 
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd  xarakterlidir. Belə ki, davamlı cənub-şərq istiqamətli hava axınları ilə  toz hissəciklərinin ölkə ərazisinə daxil olması müşahidə olunur.
Bu günlərdə isti diskomfortla yanaşı tozun miqdarının normadan yüksək olmasını nəzərə alaraq açıq havada uzunmüddət olmaq tövsiyə olunmur. Ev və ofis şəraitində isə nəm təmizləmə işlərinin gün ərzində aparılması məsləhətdir, çünki belə hava xüsusilə tənəffüs orqanları problemi olan insanlarda narahatlıq hissi yarada bilər.
Bu  cür tozlu hava şəraitinin 2 gün  ərzində davam edəcəyi gözlənilir.