Xəbər Lenti
29-08-2026, 12:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 11:31
Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
04 Eyl 17:56Hadisə
Tanınmış məşqçi dünyasını dəyişdi

Otüstü hokkey üzrə “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” Tacəddin Sədiyev dünyasını dəyişib.
Tanınmış məşqçi 74 yaşında vəfat edib.
Tacəddin Hicrət oğlu Sədiyev 1949-cu il oktyabrın 13-də Xudat rayonunun Həbib kəndində anadan olub. 1964-cü ildən Sumqayıtda yaşayıb. 1986-cı ildən 1989-cu ilədək “Azərittifaq”ın "Sumqayıt" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. 1989-cu ildən 1992-ci ilədək isə "İnşaatçı" komandasında məşqçi işləyib. SSRİ idman ustası və Azərbaycanın Əməkdar məşqçisidir. İdman üzrə birinci kateqoriyalı məşqçi-müəllim olub.






















































