Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Maduro və həyat yoldaşı bu həbsxanada saxlanılır - “El Çapo”, “Diddi” ilə eyni ünvan...
Türkiyəli professor: "Azərbaycan malik olduğu geosiyasi mövqeyinə görə Çin üçün əhəmiyyətli bir ölkədir"
Ölkə başçısının qızları şəhid evinə belə getmişdilər, Mingəçevirin icra başçısı isə….-Fotolar
"The Telegraph" Rusiya üçün sülh planının ən pis senarisini açıqladı: "Putin taxtdan salınacaq"
2026-cı ilin dəbi, yeni trendlər, kişilərin qarderob seçimi - Tanınmış modelyer-dizaynerlə MÜSAHİBƏ
Salyan sakininin evində 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Malik Hüseynov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı evindən 10 kiloqramdan artıq marixuana və 60 qrama yaxın tiryək, həyətyanı sahəsindən isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.























































