Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
Seçkidə uduzduqdan sonra pasportları əlindən alındı - Ölkədən çıxışı qadağan edildi
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Etirazlara görə Avropa Liqası matçının vaxtı dəyişdi
Fransada gözlənilən kütləvi tətil və etiraz aksiyaları futbol matçlarına da təsir edib.
“Qafqazinfo” xəbər verir ki, UEFA Avropa Liqası çərçivəsində keçirilməli olan “Renn” – “Olimpiakos” qarşılaşmasının tarixi və başlama saatı dəyişdirilib.
Əvvəlcə 5 noyabr cümə axşamına planlaşdırılan matç Fransa həmkarlar ittifaqlarının həmin gün üçün elan etdiyi ümumi tətil səbəbindən 4 noyabr çərşənbə gününə keçirilib. Fransa hakimiyyəti tətil günü Renndə lazımi təhlükəsizliyi təmin edə bilməyəcəyini açıqlayıb. UEFA isə matçın başlama saatını 16:30-a təyin edib.
Oyunun iş gününə və erkən saata salınması bilet alan “Renn” azarkeşlərinin kütləvi narazılığına səbəb olub.
Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin etirazlara cəlb olunması səbəbindən Fransa Peşəkar Futbol Liqası (LFP) Liqa 1-in bəzi oyunlarını da təxirə salmalı olub.





















































