Menu
Xəbər Lenti
Sürücülərin nəzərinə!
24-10-2026, 10:16

Sürücülərin nəzərinə!

28 Ekm 06:54Manşet / Dünya

“Hücumlar qlobal enerji təhlükəsizliyini təhdid edir”

 

“ABŞ və İsrailin hücumları qlobal enerji təhlükəsizliyini təhdid edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Moskvada Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) VIII sammitində səsləndirib.

Onun sözlərinə görə, hücumlar enerji bazarlarında qeyri-sabitliyə və qiymət artımlarına səbəb olur.

Pezeşkian İranın enerji infrastrukturuna hücumları və enerji resurslarının tranzitinə maneələrin yaradılmasını tənqid edərək, bunları beynəlxalq hüququn pozulması və “iqtisadi terrorizm” adlandırıb.

İran lideri ABŞ-nin Fars körfəzindəki hərbi fəaliyyətlərinin enerji təchizatını və tranzitini pozduğunu, bunun da dünya iqtisadiyyatının artımına mənfi təsir göstərdiyini vurğulayıb.

Pezeşkian İranın uzunmüddətli sanksiyalara baxmayaraq, illik təbii qaz hasilatını 300 milyard kubmetrə çatdırdığını və dünyanın üçüncü ən böyük qaz istehsalçısı mövqeyini qoruduğunu bildirib. Onun sözlərinə görə, təbii qaz İranın enerji balansının təxminən 70 faizini təşkil edir, əhalinin 95 faizi isə qazla təmin olunur.

İran Prezidenti ölkəsinin neft, qaz və neft-kimya sektorlarına xarici investisiyaların cəlb edilməsində maraqlı olduğunu deyib. O, GECF üzvlərini enerji sahəsində texnologiya mübadiləsini, birgə investisiyaları və qaz ticarətini genişləndirməyə çağırıb.