Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
“Kinolardakı driftləri təkrarlamaq istəyirlər” - 16 yaşlılara hansı halda icazə var?
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
Pezeşkian ABŞ xalqına məktub ünvanladı

İran Prezidenti Məsud Pezeşkian ABŞ vətəndaşlarına ünvanladığı xüsusi məktubda rəsmi Tehranın xarici siyasət kursu və dünya xalqları ilə münasibətləri barədə mühüm mesajlar verib.
“Qafqazinfo” “Tasnim”ə istinadla xəbər verir ki, dövlət başçısı İran xalqının Amerika, Avropa və ya qonşu dövlətlərin xalqlarına qarşı heç bir düşmənçiliyinin olmadığını bəyan edib.
Pezeşkian iranlıların tarix boyu xarici müdaxilələrə məruz qalsa da, həmişə hökumətlərlə xalqlar arasında fərq qoyduğunu vurğulayıb:
“İran müasir tarixində heç vaxt təcavüz, genişlənmə və ya müstəmləkəçilik yolunu seçməyib və heç vaxt müharibəyə başlayan tərəf olmayıb. Bizim istəyimiz qarşıdurma deyil, ləyaqət və qarşılıqlı anlaşma üzərində qurulan gələcəkdir”.
Prezident amerikalıları siyasi ritorikadan kənara çıxmağa və İranın reallıqlarını yenidən nəzərdən keçirməyə çağırıb.
O, iki ölkə arasındakı münasibətlərin dünyada ən çox səhv başa düşülən mövzulardan biri olduğunu qeyd edərək, ABŞ-ın regiondakı hərbi əməliyyatlarını sorğulayıb:
“Bu müharibə Amerika xalqının hansısa real maraqlarına cavab verirmi? Bu cür hərəkətlərə haqq qazandırmaq üçün İrandan hansı konkret təhdid gəldi?”
Xatırladaq ki, Pezeşkianın bu müraciəti ABŞ və İsrailin fevralın 28-dən etibarən İrana qarşı başlatdığı hərbi əməliyyatlar və regionda gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir.























































