“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Hörmətə hörmətlə qarşılıq veririk, amma...” - Pezeşkian

İran Prezidenti Məsud Pezeşkian Tehran və Vaşinqton arasında Omanda baş tutan dolayı nüvə danışıqlarını yüksək qiymətləndirərək, bu prosesi “irəliyə doğru addım” kimi xarakterizə edib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı özünün “X” hesabında etdiyi paylaşımda diplomatiyanın İran üçün əsas strategiya olduğunu vurğulayıb.
Pezeşkian qeyd edib ki, Tehranın nüvə siyasəti beynəlxalq hüquqa və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə (NPT) söykənir:
“İran xalqı hər zaman hörmətə hörmətlə qarşılıq verir, amma təzyiq və məcburiyyətə dözmür”.
Xatırladaq ki, fevralın 6-da Omanın paytaxtı Maskat şəhərində ABŞ və İran arasında nüvə danışıqları baş tutub. Omanın vasitəçiliyi ilə baş tutan danışıqlarda İran nümayəndə heyətinə ölkənin xarici işlər naziri Abbas Araqçı, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.






















































