Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - “Güllü”nün qızı ilə bağlı şok iddialar
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Niderland qərarını dəyişdi - “Avroviziya”da iştirak etməyəcək
Niderland 2027-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.
“Qafqazinfo” xəbər verir ki, ölkənin ictimai yayımçılarının təşkilatı olan NPO İsrailin yarışmada iştirakı ətrafında yaranan narahatlıqları əsas gətirərək müsabiqəyə qayıtmaqla bağlı əvvəlki qərarını ləğv edib.
Niderlandın ictimai yayımçısı AVROTROS avqust ayında İsrailin iştirakı səbəbindən yarışmadan çəkildiyini açıqlamışdı. Ölkənin müsabiqəyə qayıtmaq qərarı isə tənqidlərə səbəb olmuş, təxminən 400 NPO əməkdaşı qərarın yenidən nəzərdən keçirilməsini istəmişdi.
NPO-nun direktoru Jet de Ranitz bildirib ki, Niderlandı təmsil edəcək sənətçinin iştirakını təmin etmək istəyən yayımçı tapılmayıb. Bununla belə, NPO müsabiqəni yayımlamağa davam edəcək.
İrlandiya da “Avroviziya-2027”də iştirak etməyəcəyini açıqlayıb. Çexiya isə büdcə məhdudiyyətlərinə görə yarışmadan çəkilib.
Gələnilki müsabiqənin mayın 15-də Bolqarıstanın Burqas şəhərində keçirilməsi planlaşdırılır.





















































