Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
“Xalqımızdan üzr istəyirəm...”

“Zərbələr vururuq, qol olmur. Top dirəkdən qayıdır. Bu, sadəcə bəxtsizlikdir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri “TRT Spor” a Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu Paraqvaya 1:0 uduzduqları oyundan sonra deyib.
O rəqibin cəmi bir zərbə ilə oyunu qazandığını bildirib: “Söz tapmaq çətindir. Əlimizdən gələnin hamısını etdik, amma alınmadı. Xalqımızdan üzr istəyirəm, gənc komandayıq. Qarşıda bizi hələ çox turnirlər gözləyir. Bəlkə də bu, mənim son turnirim ola bilər, amma gəlin gənc oyunçularımıza sahib çıxaq və onları dəstəkləyək”.
“Ay ulduzlar”ın gənc oyunçusu Arda Gülər də Türkiyə xalqından DÇ ilə vidalaşdıqlarına görə üzr istəyib: “Utanırıq. Çox böyük klublarda oynayırıq və bunu meydanda da göstərməliyik. İki oyunda qol vura bilmədik. Milli komanda karyeram boyunca bu turniri unutdurmaq üçün əlimdən gələni edəcəyəm. Xalqımızdan üzr istəyirik”.
Qeyd edək ki, Türkiyə yığması ilk turda Avstraliyaya 0:2 hesabı ilə, budəfəki turda isə Paraqvaya 1:0 uduzmaqla dünya çempionatı ilə vidalaşıb.






















































