Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
04 Ara 14:28İdman
AZƏRTAC-ın futbol komandasından növbəti qələbə
Bakı, 4 dekabr, AZƏRTAC
AZƏRTAC-ın komandası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində növbəti qələbəsini qazanıb.
C qrupunda yer alan AZƏRTAC üçüncü görüşündə Dövlət Statistika Komitəsinin kollektivi ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma jurnalistlərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Roman İsmayılov, Rəşad Xudiyev və İlkin Cavanşirov fərqləniblər.
AZƏRTAC növbəti oyununu dekabrın 10-da Bakı Metropoliteninin kollektivinə qarşı keçirəcək.
Qeyd edək ki, AZƏRTAC ilk oyunda Müdafiə Nazirliyinin kollektivinə 3:2 hesabı ilə qalib gəlib, Dövlət Miqrasiya Xidməti ilə heç-heçə edib -3:3.
Gələn il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır.
C qrupunda AZƏRTAC ilə yanaşı, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) komandaları yer alıblar.
Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcəklər. Bu mərhələnin oyunları martın 4-26-da təşkil olunacaq. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və bu raundun oyunları aprelin 1-dən 23-dək keçiriləcək. Qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ qazanacaqlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin