Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

21 Ara 15:10İdman

Çingiz Hüseynzadə: Bu ili uğurlu hesab edirəm

Pandemiyadan tam çıxmasaq da, bu ili uğurlu hesab edirəm. Koronavirusun ən çox zərbə vurduğu sahələrdən biri də idman olub. Başqa məsələləri əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Amma idmançının durumunu, onun formasını dərhal bərpa etmək mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

MOK rəsmisi İcraiyyə Komitəsinin iclasında cari ilin yekunlarının müzakirə edildiyini diqqətə çatdırıb: “Eyni zamanda 2023-cü ildəki tədbirlər haqqında fikir mübadiləsi aparılıb. MOK-un 30 illik yubileyi münasibətilə Prezident İlham Əliyev bir sıra idmançıların və idman xadimlərinin mükafatlandırılması haqqında sərəncamlar imzalamışdı. Böyük fərəh hissi ilə həmin mükafatları təqdim etdik. Onların hamısını təbrik edirəm”.

Ç.Hüseynzadə 2023-cü ildə Polşada Avropa Oyunları və digər böyük yarışların da baş tutacağını diqqətə çatdırıb: "2024-cü ildə Fransanın paytaxtı Parisdə növbəti Yay Olimpiya Oyunları gerçəkləşəcək. Bu turnirlərə hazırlıq baxımından 2022-ci il uğurlu olub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin