Menu
Xəbər Lenti
Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

01 Kas 09:57İqtisadiyyat

Bakı metrosunda yeni stansiyalar tikiləcək (RƏSMİ)

Bakı metrosunda yeni stansiyalar tikiləcək (RƏSMİ)

"Bu gün metropolitenin bir stansiyası inşa olunur. Bu, Cəlil Məmmədquluzadə küçəsində yerləşən şərti adı "B-04” olan Bənövşəyi xəttin 5-ci stansiyasıdır. Onun ən geci 2025-ci ilin birinci yarısında istifadəyə hazır olması üzərində iş gedir".


Bunu "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib:

"Zamanla burada olan işlər barədə ictimaiyyətə müfəssəl məlumatlar verilir. Lakin ümumi götürdükdə, bilirsiniz ki, Bakı metropoliteninin konseptual inkişaf sxemi 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq olunub. Həmçinin Bakının inkişaf strategiyası da çox vacibdir. Planlar şəhərin əsas axın istiqaməti, inkişaf perspektivləri və s. nəzərə alınmaqla effektiv ola bilər. Bakının yeni baş planında da məsələyə xüsusi yanaşılacaq. Həm bu sənəddə, həm də ümumi bəlli vəzifələr Yaşıl və Qırmızı xətlərin ayrılması üzrə layihəyə bağlıdır"