Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

24 Tem 09:15Manşet / Gündəm / Dünya

Zelenski ABŞ-yə gedir - Trampla görüşəcək

 

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də ABŞ-yə səfər edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Obşestvennoe” nəşri diplomatik dairələrdəki mənbələrə istinadən məlumat yayıb. 

Səfər çərçivəsində onun ABŞ lideri Donald Trampla görüşü, həmçinin senator Lindsi Qremin dəfn mərasimində iştirak etməsi planlaşdırılır. 

Qeyd edək ki, iyulun 23-də Zelenski ABŞ-nin Ukrayna münaqişəsinin nizamlanması üzrə bir neçə yeni təklif hazırladığını açıqlamışdı. Ukrayna lideri bu təklifləri müzakirə etmək üçün artıq gələn həftə Vaşinqtona səfər edə biləcəyini bildirmişdi. 

Onu da xatırladaq ki, amerikalı respublikaçı senator Lindsi Qrem iyulun 11-də 71 yaşında vəfat edib. Bundan bir gün əvvəl o, Kiyevdə səfərdə olmuş və Volodimir Zelenski ilə görüşmüşdü.