Menu
Xəbər Lenti
Bu ərazilərdə leysan var
20-07-2026, 09:45

Bu ərazilərdə leysan var

Vens 4-cü dəfə ata oldu
20-07-2026, 09:41

Vens 4-cü dəfə ata oldu

Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

23 Tem 15:37Manşet / Gündəm / Dünya

“Husilərə görə İranı vuracağıq” - Trampdan xəbərdarlıq

 

ABŞ Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hücumlarına görə İrana zərbələr endirəcək. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda yazıb. 

“Qoy “Truth Social”dakı bu yazı onlara (husilərə - red.) xəbərdarlıq olsun! Əgər onlar bunu bir daha etsələr, Birləşmiş Ştatlar İranı məsul hesab edəcək, çünki husilər İranın təmsilçiləri və yaxud əlaltılarıdır. İranı və əlbəttə ki, məni çox məyus etmiş husiləri hərbi cəza gözləyir. Onlar (husilər – red.) indiyə qədər çox peşəkar və müdrik davranırdılar”, - ABŞ lideri yazıb. 

Tramp bu xəbərdarlığın husilərin Səudiyyə Ərəbistanına məxsus iki gəmiyə endirdiyi zərbələrlə bağlı olduğunu qeyd edib.

Qeyd edək ki, iyulun 20-də husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər. İyulun 23-nə keçən gecə isə onlar Bab əl-Məndəb boğazının blokadasını pozmağa çalışan Səudiyyə Ərəbistanının iki neft tankerinə hücum ediblər. Ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilmiş hücumlar nəticəsində gəmilərdə yanğınlar baş verib.