Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, 151 illiyini qeyd edən Azərbaycan milli mətbuatı zəngin və şərəfli inkişaf yolu keçərək bütün dövrlərdə qabaqcıl ideyaların təbliğatçısı olub. Bildirilib ki, milli mətbuat mütərəqqi ənənələr formalaşdıraraq cəmiyyət qarşısında üzərinə düşən missiyanı layiqincə yerinə yetirib.
Vurğulanıb ki, Xətai rayon İcra Hakimiyyəti kütləvi informasiya vasitələri ilə əməkdaşlığa hər zaman xüsusi önəm verib. Qeyd edilib ki, Vətən müharibəsi dövründə media nümayəndələri Azərbaycanın apardığı haqq savaşını, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun qazandığı tarixi Zəfəri, xalq–ordu birliyini, eləcə də ölkə rəhbərliyinin həyata keçirdiyi daxili və xarici siyasəti geniş şəkildə ictimaiyyətə çatdırıblar.
Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirib, senzuranın ləğvi və digər mühüm qərarlarla ölkədə söz və mətbuat azadlığının inkişafına mühüm töhfələr verib. Qeyd olunub ki, bu gün də Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və peşə fəaliyyətinin dəstəklənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Tədbirdə vurğulanıb ki, Azərbaycan milli mətbuatı tarix boyu həqiqətin carçısı olaraq cəmiyyətin aktual problemlərini işıqlandırıb, milli-mənəvi və ümumbəşəri dəyərlərin təbliğində, xalqın maariflənməsində mühüm rol oynayıb. Mətbuatımızın banisi Həsən bəy Zərdabidən başlayaraq bu günə qədər fəaliyyət göstərən görkəmli qələm sahiblərinin milli təfəkkürün inkişafına və maarifçiliyə əvəzsiz töhfələr verdiyi diqqətə çatdırılıb.
Bildirilib ki, ölkədə medianın sərbəst fəaliyyəti, beynəlxalq təcrübənin tətbiqi, maddi-texniki imkanlarının genişləndirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Media nümayəndələri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sonda 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələrinə hədiyyələr təqdim olunub.
İfadetv.com































































