Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

21 Ara 23:24İqtisadiyyat

Azərbaycanda 80 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçiriləcək növbəti hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılacaq. Belə ki, özəlləşməyə çıxarılan 80 əmlakdan 5-i səhmdar cəmiyyətinin səhm paketi, 11-i kiçik dövlət müəssisəsi və obyekti, 64-ü isə nəqliyyat vasitəsidir.

Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərracda iştirak edəcək şəxslər sənaye, təmir sahələri üzrə səhmdar cəmiyyətlərin səhmlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Bakavtoservis”, “Goranboy Aqrotexservis” və digər səhmdar cəmiyyətləri aiddir.

Səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 20 min 734 manatla 1 milyon 299 min 800 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakavtoservis” ASC-dir. Bu səhmdar cəmiyyətin 30,03 faizlik səhm paketi alıcılara təklif olunur.

Kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.

Nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Cənubi Koreya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1992-2014-cü illəri əhatə edir.

Dövlət əmlaklarının tam siyahısı ilə link vasitəsilə tanış olmaq olar: (https://bit.ly/3mmNVpB).