Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

08 Kas 10:03Manşet / Cəmiyyət

İranda gün ərzində baş verən ikinci zəlzələ də Azərbaycanda hiss olundu - YENİLƏNİB

 

Yerli vaxtla saat 11:09-da İran ərazisində ilkin məlumata görə, maqnitudası 4,7 olan zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın cənub rayonlarında hiss olunub.

10:21

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə, ilkin məlumatlara əsasən, Azərbaycanla İran sərhədində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

FHN-dən Oxu.Az-a verilən məlumata görə, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - deyə açıqlamada qeyd olunub.

09:38

İranda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, İranın Azərbaycanla sərhəd bölgəsində baş verən zəlzələnin maqnitudası 5,1 olub.

Təkanlar Azərbaycanın bir sıra cənub rayonlarında, o cümlədən Ağdamda 3-5 bala qədər hiss olunub.