Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
ABŞ-li analitik: ”Xankəndidə keçirilən parad Cənubi Qafqazda sabitliyə mane olan güclərə önəmli siqnaldır“
Azərbaycanın 8 Noyabr - Zəfər Günündə Xankəndidə hərbi parad keçirməsi regionda sabitliyə maneə olmaq istəyən qüvvələrə önəmli bir mesaj oldu.
Bu barədə ”Trend“in suallarını cavablandırarkən ABŞ-li analitik İrina Tsukerman deyib.
O qeyd edib ki, sentyabr ayında keçirilən antiterror tədbirləri Azərbaycanın zəfərini genişləndirib və möhkəmləndirib, inteqrasiyanı və regionun gələcəyinə müsbət baxışı mümkün edib.
“Xankəndidə Azərbaycanın keçirdiyi hərbi parad milli suverenliyin və ərazi bütövlüyünün müdafiəsi məsələsində öz mövqeyində dayanmağın mümkün olduğunu və heç bir qüvvənin maneələrinə məhəl qoymadan öz doğru bildiyini etməyin vacibliyini göstərib. Başqa sözlə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın öz maraqlarını müdafiə etməsi və ərazilərinin bərpası Cənubi Qafqazın inteqrasiyasına və vətəndaşlarının öz doğma yurdlarına qayıtması imkanı yaradıb.
Əgər Azərbaycan öz ərazilərini azad etmək üçün qətiyyətli addımlar atmasaydı, münaqişə sonsuzadək davam edərdi və bununla yanaşı, yeni gərginliklər də yarana bilərdi. Bu bərpa Cənubi Qafqaz xalqlarını əməkdaşlıqdan çəkindirən və yaxın gələcəkdə gözləyə biləcəyimiz regional rifah səviyyəsinə mane olan onilliklər boyu dağıdıcı siyasət və xarici müdaxilələrə son qoydu. Parad həmin güclərə siqnal göndərir ki, onların bu cür əməkdaşlığın qarşısını almaq planları baş tutmayıb və heç bir zaman baş tutmayacaq”, - deyə o əlavə edib.























































