Abşeron Rayon Mərkəzi Xəstəxanasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid, qazi, veteran analarını, xanımlarını və qızlarını təbrik edilib
AHİK tərəfindən Beynəlxalq Qadınlar Günü münasibətilə "Muğamın sehrli dünyası" konsert proqramı təşkil olunub
Özəl sektorla əməkdaşlıq çərçivəsində AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında seminar keçirilib
Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” proqramı
11.11.2023-ci il tarixində efirə gedən "Qanun və İcra” proqramında Azərbaycan Respublikası Cinayət Məcələsinin 147, 148.1-ci maddələri “Təhqir və böhtan, Saxta profillərdən istifadə edərək insanları aldatmaq” mövzu ilə bağlı fikir mübadiləsi, ətraflı təhlil, eləcədə məhkəmə qətnamələrinin icrası ilə bağlı müzakirələr aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün proqramımıza ekspertlər dəvət etmişik:
1. Məhəmməd Bağırov - Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil
2. Esmira Rzayeva- Hüquqşünas
3. Təranə Hüseynova- Mediator
4. Jalə Ağakişiqızı - Hüquq müdafiəçisi
Proqramın informasiya dəstəyi XeberTıme.az, Vetenperverlertv.az, UluSəs.az, Gündəlikxəbər.org, ZəfərYolu.az, XezerTv.info və dünyatv.az sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı