Menu
Xəbər Lenti
Şəhid övladları Fransada
19-07-2026, 09:29

Şəhid övladları Fransada

Ağstafaya sel gəldi
19-07-2026, 08:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 09:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 09:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 11:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 11:41

Dünya bir nərdivandır...

28 Kas 07:21Manşet / Dünya

ABŞ-yə məxsus məşhur lüğət də ilin sözünü seçdi

 

ABŞ-nin “Merriam-Webster's Collegiate Dictionary” izahlı lüğətinin tərtibatçıları 2023-cü ilin sözünü seçib. Məlum olub ki, bu “authentic” (“mötəbər”) sifətidir.

Bildirilir ki, bu söz süni intellektin inkişafı fonunda axtarışlara uyğun olaraq seçilib.

Redaktorlar “authentic” sözünə bir neçə tərif veriblər: yalansız, əsl, etibarlı, faktlara uyğun, orijinala bənzər, əsas xüsusiyyətləri çatdıran.

Qeyd edək ki, “Merriam-Webster” komandası lüğət saytında axtarış sorğularının təhlili əsasında ilin sözünü seçirlər. 

Xatırladaq ki, “Kembric” ingilis dili lüğəti ilin sözü kimi “to hallucinate” (hallüsinasiyaya tutulmaq) terminini seçib. Bu söz də süni intellekt sahəsi ilə əlaqəlidir, ancaq mənası ABŞ-yə məxsus lüğətin seçdiyi sözlə ziddiyət təşkil edir. “To hallucinate”  - neyron şəbəkəsinin yalan məlumat istehsal etdiyi bir vəziyyət deməkdir.

Mənbə: Oxu.az