Dispetçer: Qroznı səmasında “Xalça” rejimi AZAL-ın təyyarəsinə atəş açılandan sonra tətbiq edilib
Politoloq Ramazan Bağırov "jurnalist"-ə dərs verdi. Quru sərhədlərin bağlı qalması bir təhlükədir
Azərbaycanın daha yeddi güləşçisi Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha yeddi güləşçisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək.
“Report”un məlumatına görə, medallar uğrunda 5 kişi və 2 qadın təmsilçimiz mübarizə aparacaq.
Məşqçilər korpusunun etimadını Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79 kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq), Gültəkin Şirinova (53 kq) və Ruzanna Məmmədova (59 kq) doğrultmağa çalışacaqlar.
Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü yeri tutub.