Menu
Xəbər Lenti
“Sabah” pley-offda!
12-08-2026, 08:12

“Sabah” pley-offda!

Türkiyədə zəlzələ oldu
9-08-2026, 10:00

Türkiyədə zəlzələ oldu

30 Kas 08:17Manşet / Cəmiyyət

Avtomobili aşıraraq oğlunun ölümünə səbəb olan ataya şərti cəza verildi

 

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən E.İsmayılovun cinayət işi üzrə istintaq başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 25 aprel 2023-cü il tarixdə, saat 11 radələrində Yevlax rayonunun Çənlibel qəsəbəsində qeydə alınıb.

Belə ki, E.İsmayılov idarə etdiyi VAZ-2101 markalı avtomobili yolun sağ tərəfindən kənara çıxararaq aşırıb. Nəticədə həmin avtomobildə olan sərnişin, 2022-ci il təvəllüdlü oğlu həlak olub.

Hadisədən sonra E.İsmayılov cinayət məsuliyyətinə cəlb edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.