Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Baydenin oğluna qarşı yeni ittihamlar irəli sürüldü
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə qarşı vergidən yayınma ilə bağlı doqquz ittiham irəli sürülüb.
Bu barədə Kaliforniyanın Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə deyilir.
Bildirilir ki, müttəhim 2016-2019-cu illərdə 1,4 milyon dollardan çox federal vergini ödəməkdən yayınmaqda, həmçinin qeyri-dəqiq vergi bəyannamələri verməkdə ittiham olunur.
KİV-in məlumatına görə, onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.
Xüsusi prokuror Devid Uays iddia edir ki, Hanter Bayden vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə milyonlarla dollar xərcləyib. Təqsirləndirilən şəxs 2016-cı ildə təxminən bir milyon dollar, 2017-ci ildə 1,4 milyon dollar, 2018-ci ildə 1,8 milyon dollar və 2019-cu ildə 600 min dollar xərcləyib. 2020-ci ilin yanvarından 15 oktyabra qədər müttəhim 1,2 milyon dollardan çox maliyyə dəstəyi alıb və bu vəsait müxtəlif şəxsi məqsədlər üçün xərclənib.
“Təqsirləndirilən şəxs 2016-cı ildən 15 oktyabr 2020-ci ilə qədər bu pulu narkotiklərə, eskort xidmətlərinə, rəfiqələrinə, dəbdəbəli hotellərə, daşınmaz əmlak kirayələrinə, nadir avtomobillərə, geyimlərə və digər şəxsi əşyalara, yəni vergilərdən başqa hər şeyə xərcləyib”, - deyə sənəddə vurğulanıb.
Xatırladaq ki, Hanter Bayden bundan əvvəl silahla bağlı üç cinayətdə - odlu silah alarkən yalan danışmaqda, lisenziyalı dilerə yalan məlumat verməkdə və narkomanların odlu silaha sahib olmasını qadağan edən qanunu pozmaqda ittiham olunub.
Mənbə: Oxu.az























































