Netanyahu İsrail və İran xalqlarına müraciət etdi: "Hərbi əməliyyatlar hakimiyyət dəyişikliyi üçün şərait yaratmalıdır"
KİV: Netanyahu yeraltı bunkerdə təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə görüş keçirir
İsrail-İran MÜNAQİŞƏSİ - Tehrandan başqa, daha altı şəhərdə PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
Prezident: “COP29-la bağlı Azərbaycanın namizədliyinin dəstəklənməsi dostluğumuzun nümunəsidir”
“Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəklərini göstərdilər”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib:
“Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”.























































