Menu
Xəbər Lenti
19 Ara 10:18Manşet / Gündəm / Cəmiyyət

“Yüz Körpənin Sevinci” adlı layihə çərçivəsində “Yeni il - Əkinçi Sovqatı 2” adlı tədbir keçirilib

17.12.2023 cü il tarixində “Mübarizlər" Vətənpərliyin Təbliği İctimai birliyinin və “Əkinçi Ailəsi” ictimai birliyinin təşkilatçılığı ilə Çinar Trans MMC - nin, həmçinin "Tayqa Store" MMC - nin tərəfdaşlığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 - cü ildönümü münasibəti ilə “Yüz Körpənin Sevinci” adlı layihə çərçivəsində “Yeni il - Əkinçi Sovqatı 2” adlı tədbir - musiqili və əyləncəli konsert proqramı təşkil olunmuşdur.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid ailələri, Millət vəkili Ceyhun Məmmədov, Milli İctimai birliyin sədri Arzuman Muradlı və media nümayəndələri iştirak edirdilər.
“Mübarizlər” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Gülnar Nəsibli tədbiri açıq elan etdikdən sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olundu.
Ardınca "Əkinçi Ailəsi” İB - nin təsisçisi Emin Hacısoy Türkər çıxış edərək Əkinçi Ailəsinin gördüyü işlərdən, həyata keçirdikləri xeyriyyə tədbirlərindən söhbət açdı. O gördükləri bu işlərdən qürur duyduqlarını və xeyriyyə işləri çərçivəsində həyata keçirdikləri bu layihələrin davamlı olacağını qeyd etdi. Daha sonra Əkinçi ailəsinin 2 illiyinə həsr olunmuş “El bir olsa”adlı videoçaxr nümayiş olundu.
Daha sonra Millət Vəkili, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsində inkişafın təmin edilməsi yönümündə nail oldugu uğurlardan, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət - ənənələrimizə bağlı ruhda tərbiyə olunmasında necə müstəsna rolu olmasından geniş söhbət açdı...
İncəsənət nümayəndələrinin iştirakı tədbirə əsl bayram abu - havası qatdı. Elə bu ovqatla əylənən, rəqs edən uşaqlara hədiyyələr təqdim olundu.
Tədbiri daha da maraqlı edən intellektual əyləncəli oyunlar, “face art” əl işləri körpələrin sevincinə sevinc qatdı.
Daha sonra Media nümayəndləri - Zəfəryolu.az sayıtının rəhbəri, Xəzər tv infonun direktoru, Azərbaycanda qan donorları asossiasiyasının mətbuat katibi Jalə Ağakişiqızı, Zirvətv.az sayıtının rəhbəri Əntiqə Quliyeva, Pressinfo.az sayıtının baş redaktoru Nüşabə Əhmədova, jurnalist Lalə Qəzənfərqızı, Kainat.tv - nin redaktoru Sənubər Səfərova, "Gözəllik və Zərafət" cəmiyyətinin müxbiri Gülnar Əhmədova, təşkilatçı Lalə Dadaşova çıxış edərək tədbir haqqında təəssüratlarını bölüşdülər.

Jalə Ağakişiqızı
"Zeferyolu.az" informasiya agentliyinin rəhbəri