Menu
Xəbər Lenti
O da “A.B.İ.”yə gəlir
1-06-2026, 07:17

O da “A.B.İ.”yə gəlir

Millimiz Fransaya qarşı
30-05-2026, 12:20

Millimiz Fransaya qarşı

Azərbaycan nefti ucuzlaşdı
29-05-2026, 09:12

Azərbaycan nefti ucuzlaşdı

31 Ara 09:10Manşet / Gündəm / Sosial

DYP sürücülərə müraciət etdi

 

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Müraciəti təqdim edirik:

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün yol hərəkəti iştirakçılarını ürəkdən təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün hər kəsi küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq.

Qeyri-iş günlərində rayonlararası yollarda hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Mənzil başına sağ-salamat çatmağınız, bayramı xoş əhval-ruhiyyə ilə keçirməyiniz üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi xahiş edirik”.

Fərid Səfərov
AJB-nin üzvü