Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

06 Ock 08:53Manşet / Gündəm / Mədəniyyət

SƏYAVUŞ ƏSGƏROV - 70

 

İllərin dostu,  “Azərbaycan deyəndə ayağa qalxan” Cəbrayıl əsilli Vətən sevdalısı,  həsrət körpüsü sandığımız Xudafərin adını səadət nəğməsi oxunan, ailə təməlinə xeyir-dua verilən  məkan məqamında  rəmzləşdirən el sevgisi qazanmış xeyriyyəçi iş adamı, məslək-məramı xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş şəxsiyyət  Səyavuş Yusif  oğlu  Əsgərovu dünyaya  təşrif buyurduğu gün ( 8 yanvar ), ömür təqviminin 70 illiyi münasibətilə qutlayır və bu mübarək - özəl gündə ithaf söz çələngimi ən xoş arzularla qayəsi, əməl aynası  işıqlı batman Kişiyə könül ziyarəti ovqatında  ehtiramla ünvanlayiram:  


 

Çox yerdə eşitmişəm “Xudafərin Səyavuş”,


El içində söylənir  bu ada,  əhsən, alqış!


Ömür-gün  aynasında   şövqlə bərq vurur yetmiş,


Qamaşdıra bilməyib  parıltılar gözünü.


 

Qovuşub könüllərdə həsrətli Xudafərin,


El sevgisi qazandın,  hörmətinə afərin!


Ucalan insanların  kökü  dərindən-dərin ...


Qoy yellər səngitməsin ocağının közünü.


 

Əzmlə sinə gərdin  zamanın qovğasına,


İnamın  sahil olub dövranın   dalğasına ...


Söz çələngim ünvanlı sözünün ağasına!


Üzə dedin  həmişə həqiqəti, sözünü...


 

Yıxılana əl tutan, köməksizə dayaqsan,


Üzü nurlu ağsaqqal,  fitrətdə  şam sayaqsan!


Ucuz addan. şöhrətdən    bilirəm ki, iraqsan...


Görüb müdrik olmusan   dünyanın cox-azını.


 

Çöhrəndəki təbəssüm əzəlinin xisləti,


Xaliqə tapınaraq uca  tutdun xilqəti.


Tanrı özü bəxş edib  sənə saf,  xoş niyyəti...


Zaman-zaman  ağardıb əməllərin  üzünü. 


 


      


Tapdıq​ ƏLİBƏYLİ                                       

şair-publisist,

Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətinin üzvü,

Prezident təqaüdçüsü